Jump to content

Draft:Ələkbərov Nadir Ələkbər oğlu

From Wikipedia, the free encyclopedia

1926-cı ilda keçmiş Xilli rayonunun Astanlı kəndində anadan olmuşdur. 1941-ci ildə Astanlı kəndində natamam orta məktəbinin 7-ci sinfini bitirmişdir. 1941-1944-cü illərdə həmin kənddə kolxozda işləmişdir. 1944-1952-ci illərdə "Neftçalaneft" Neft Qaz kontorunda fəhlə, qazmaçı koməkçisi və qazmaçı işləmişdir. 1949-1952-ci illərdə işləməklə bərabər, Neftçala fəhlə-gənclər məktəbində oxumuş və orta təhsilini başa vurmuşdur. 1952-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsinə daxil olmuş və institutu "Neft və Qaz yataqlarının qazılması" ixtisası üzrə bitirmişdir. 1957-62-ci illərdə "Şirvanneft" neft mədənləri idarəsinin qazma kontorunda qazmaçı, buruq ustası və böyük mühəndis - dispetçer vəzifələrində çalışmışdır. 1962-67-ci illərdə "Şirvan- burneft" trestinin 3 saylı kontorunda baş mühəndis və həmin trestin texnoloji şöbəsində müdür vəzifələrində işləmişdir. 1967-69-cu illərdə Əlcazair Xalq Demokratik Respub- likasında texniki kömək məqsədi ilə xidməti ezamiyyətdə olmuşdur. 1969-1971-ci illərdə Əli-Bayramlı Qazma İşləri İdarəsinin 1 saylı Qazma kontorunda baş mühəndis, 1971- 1975-ci illərdə Əli-Bayramlı Qazma İşləri İdarəsində baş mühəndis, 1975-1987-ci illərdə Oli-Bayramlı Qazma İşləri İdarəsində rəis vəzifəsində işləmişdir. 1988-ci ildə təqaüdə Çıxsa da rois müavini kimi həmin idarədə əmək fəaliyyətini davam etdirmişdir. Nadir Ələkbərov işlədiyi müddətdə "Əməkdə fərqlənməyə görə" medali, "Neft ustası", "Fəxri neftçi" nişanı və digər mükafatlara layiq görülmüşdür. Nadir Ələkbərov 2011-ci il fevral ayının 12-də dünyasını dəyişmş, ömür-gün yoldaşı Nazilə Heydər qızı Ələkbərova (Hüseynova) ilə cəmiyyətimiz üçün 4 layiqli övlad böyüdüb tərbiyə etmişdir: Bəxtiyar müəllim uzun müddət məsul vəzifələrdə çalışmışdır hal-hazırda "Shirvan OC Ltd" Şirkətində Mərkəzi  mühəndis texniki xidmətində rəis müavini, Faiq Ələkbərov  "Karasu OC LTD" Şirkətində Mexaniki sexin rəisi, Şaiq Ələkbərov Neftin Kompleks Hazırlanması və Vurulması sexində usta vəzivəsində işləmiş (səhəti ilə əlaəqdar öz xahişi ilə işdən çıxmışdır), İxtiyar Ələkbərov "Karasu OC LTD" Şirkətində operator işləyir. Indi Nadir müəllimin ruhu şaddır, çünki övladlarının dördü də neft sənayesi sahəsində çalışır, atalarının yolunu layiqincə davam etdirirlər. Nadir Ələkbərovun 9 nǝvə yadigarı qalıb. Sevinc. Nurlan, Tərlan, Zaur, Fuad, Nazilə (nənəsinin adını daşıyır), Nadir (babasının adını daşıyır), Aytən və Yusif istisna olmaqla nəvələri ali təhsil almışlar. Aytən  qəbul imtahanlarında yüksək bal toplamış və AMİ-nin 2-ci kurs tələbəsidir. Yusif isə hazırda Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbin 10-cu sinfində oxuyur. Tanınmış neftçi, dəyərli ziyalı Nadir Ələkbərov 1995-ci il avqust ayının 1-də dünyasını dəyişmişdir.

References

[edit]